Siyasət

Ceyhun Bayramov ukraynalı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb.  Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.  Qeyd olunub ki, tərəflər iki ölkə arasında cari əməkdaşlığın aspektləri və perspektivlərini müzakirə ediblər.  Onlar həmçinin münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar məsələləri barədə danışıblar.  Nazirlər həmçinin regiondakı mövcud vəziyyət və Azərbaycanın COP29-a hazırlığı barədə fikir mübadiləsi aparıblar.  Bizim.Media