Dünya
Ərdoğan ABŞ-ı Türkiyəyə qarşı silah sanksiyalarını ləğv etməyə çağırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı bəzi silah alışlarına mane olan sanksiyaları ləğv etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb https://www.reuters.com/business/aerospace-defense/turkeys-erdogan-calls-us-lift-sanctions-hindering-defence-purchases-2024-09-24/ .
Ərdoğan bildirib ki, davam edən məhdudiyyətlər səbəbindən müdafiə sənayesi sahəsində əməkdaşlıq potensialından "çox uzaqdır”:
"Buna nail olmaq üçün metallurgiya, poladtökmə və alüminium sektorlarında əlavə tariflər, zondlar və CAATSA sanksiyaları kimi birtərəfli tətbiqlərdən imtina edilməlidir. Ümid edirəm ki, F-16 modernizasiya layihəsi ilə yeni bir səhifə açdıq və bu sahələrdə məhdudiyyətlər tamamilə aradan qaldırılacaq”.
Məlum olduğu kimi, Türkiyə-ABŞ münasibətləri digər məsələlərlə yanaşı, Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemini alması və Türkiyənin təhlükə hesab etdiyi Suriyanın kürd qruplaşmalarına ABŞ-ın dəstəyi ilə pisləşib.
2018-ci ildə ABŞ Türkiyəyə F-35 döyüş təyyarələrinin tədarükünü dayandırıb və o vaxtdan bəri Türkiyə üçün istehsal olunan və orta qiyməti təxminən 130 milyon dollar olan altı F-35A döyüş təyyarəsi ABŞ anbarındadır.
Bu ilin yanvarında Pentaqon bəyan edibi ki, Türkiyənin F-35 döyüş təyyarəsi proqramına qayıtması hazırda müzakirə olunmur.
Nizami Bağırov