Dünya

Rusiyanı silah hissələri ilə təmin edən ölkələr - 60 faizi Çindən gəlir

Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk bildirib ki, Rusiya silahlarında tapılan xarici hissələrin təxminən 60%-i Rusiya Federasiyasına Çindən gəlir. Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "Bütün adi silah növlərini götürsəniz və xarici komponentləri hesablasanız, o zaman təxminən 60%-inin Çindən gəldiyini görəcəksiniz. Bu barədə bəzi istehsalçılarla uzun müzakirələr apardıq. Deyərdim ki, ən böyük problem Çindir", deyə rəami bildirib. Digər təchizatçılar arasında o, ABŞ, Niderland, Yaponiya və İsveçrənin adını çəkib. Eyni zamanda, söhbət müşahidə sistemləri, pilotsuz təyyarələr və raketlər üçün vacib detallardan gedir. Vlasyukun fikrincə, Avropa İttifaqı Qərb məhsullarının axınının qarşısını almaq üçün daha çox iş görə, xüsusən də Rusiyanın nüvə şirkəti "Rosatom"a qarşı tədbirlər görə bilər. Bundan əlavə, Vlasyuk əlavə edib ki, sanksiyalar Rusiya logistikasını, məsələn, hava limanları və dəniz limanlarını, eləcə də satışı asanlaşdıran maliyyə institutlarını hədəfə ala bilər. Aydın