Dünya

Vəziyyət kritikdir: Rus ordusu Uqledarı mühasirəyə almağa çalışır – DeepState

Uqledar ətrafında vəziyyət kritikdir və daha da mürəkkəbləşməkdə davam edir - Rusiya ordusu şəhəri mühasirəyə almağa çalışır və eyni zamanda, yaşayış məntəqələrini artilleriya və idarəolunan aviasiya bombaları ilə məhv edir. Qaynarinfo xəbər verir ki, bu barədə "DeepState” layihəsinin analitikləri sentyabrın 24-də bildiriblər. Açıqlanan məlumata görə, Uqledarda Rusiya qoşunlarına qarşı müdafiəni Qara kazaklar adına 72-ci əlahiddə mexanikləşdirilmiş briqadanın əsgərləri aparır. "DeepState” bildirib ki, "məhdudiyyətlər və icazələrlə bağlı siyasi müzakirələr davam edərkən” işğalçılar "məhv edilməli olan təyyarələrdən aviasiya bombaları ilə şəhərləri və kəndləri məhv edirlər, amma onları məhv etməyə heç nə yoxdur”. Nizami Bağırov