Azərbaycanda məhkum həbsdə ölüb. Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Şahin Həsənov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 26-cı ölüm hadisəsidir. Bizim.Media