Dünya
İsveçrə bərpa işləri üçün Ukraynaya 1,7 milyard dollar ayıracaq
İsveçrə növbəti 4 il ərzində Ukraynada yenidənqurma layihələri üçün 1,5 milyard İsveçrə frankı (təxminən 1,7 milyard dollar) verəcək və özəl sektoru da bu işə cəlb edəcək.
Qaynarinfo "Yevpopeyska pravda"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi qurumun rəhbəri Aleksey Kuleba ilə İsveçrənin Ukraynadakı səfiri Feliks Baumann arasında keçirilən görüşdən sonra məlumat verib.
Baumanın sözlərinə görə, bu vəsaitlərin 1 milyardı özünüidarəetmə, minaların təmizlənməsi və humanitar yardım sektorlarına ayrılacaq.
Qalan məbləğ İsveçrənin özəl sektorunu əhatə edən bərpa proqramlarına gedəcək.
"Niyyətlərimizin ciddiliyini vurğulamaq üçün bu layihənin icrasına cavabdeh olan nümayəndəmiz burada işləyəcək”, deyə o qeyd edib və vurğulayıb ki, özəl sektor nümayəndə heyəti hazırda Kiyevdə işləyir, Ukraynanın orta və uzunmüddətli perspektivdə nazirliyin cavabdeh olduğu sahələr üzrə ehtiyacları ilə tanış olur.
Nazirlik həmçinin xatırladıb ki, İsveçrə uzun müddətdir Ukraynaya dəstək proqramları həyata keçirir. Söhbət bərpa proqramlarından, həmçinin "Ukrzaliznitsia” ilə birgə layihələrdən və istilik mövsümünə hazırlıqda köməklikdən gedir.
Nizami Bağırov