Dünya

XİN: Rusiya ilə ABŞ arasında silahlı münaqişə Vaşinqtondan asılıdır

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ilə ABŞ arasında hərbi münaqişə təhlükəsi Amerika tərəfinin gələcək fəaliyyətindən asılıdır. O qeyd edib ki, Vaşinqtonun "düşmən hücumları” Moskvanın sərt cavab tədbirləri görməsinə səbəb ola bilər. Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. "Biz Amerika tərəfini daha da gərginliyin yolverilməzliyi ilə bağlı xəbərdar edirik... Gücümüzü sınamaq üçün sonsuz cəhdlərin sərt əks tədbirlərə səbəb olmayacağını düşünməkdə yanılırlar. İndi görülənlərdən qat-qat sərt”, - diplomat vurğulayıb.  Xatırladaq ki, sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasına aydınlıq gətirdiyini açıqlayıb. Digər məsələlərlə yanaşı qərara alınıb ki, istənilən qeyri-nüvə dövlətindən, lakin nüvə dövlətinin iştirakı ilə təcavüz onların birlikdə Rusiyaya hücumu kimi qiymətləndirilməlidir. Nizami Bağırov