Dünya
ABŞ Çini telefon dinləmə sistemlərinə kiberhücumlarda ittiham etdi
Amerikanın genişzolaqlı internet provayderləri haker hücumuna məruz qalıb. Bunun nəticəsində hakerlər ABŞ-da telefon dinləmə sistemlərinə çıxış əldə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Kiberhücum ABŞ-ın bir sıra genişzolaqlı internet provayderlərinin şəbəkələrinə nüfuz edib, potensial olaraq federal hökumətin məhkəmə tərəfindən icazə verilmiş telefon dinləmələrini tələb etmək üçün istifadə etdiyi sistemlərdən məlumat əldə edib", deyə nəşr bildirib.
Qeyd olunur ki, sözügedən haker hücumunun Çin hökuməti ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
WSJ-nin bildirdiyinə görə, hakerlər ABŞ-ın kommunikasiya məlumatlarına dair qanuni sorğuları ilə məşğul olmaq üçün istifadə edilən ABŞ şəbəkə infrastrukturuna aylarla daxil ola bilərdilər, bu da ciddi milli təhlükəsizlik riski yaradır.
Qəzetin mənbələri bildiriblər ki, "Verizon Communications", AT&T və "Lumen Technologies" son hücumda sistemləri pozulanlar arasındadır.
Aydın