Siyasət

Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının məbləği AZALDILDI - FƏRMAN

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli Fərmanında dəyişiklik edilib. Bizim.Media xəbər verir ki, dövlət başçısının imzaladığı Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait 3 dəfədən çox azaldılıb. Belə ki, Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan 249 milyon 100 min manat məbləğ azaldılaraq, 70 milyon manat təyin edilib. Bizim.Media