Siyasət

Putin İlham Əliyev və Paşinyanla Zəngəzur dəhlizini müzakirə edib - Peskov

"Yəqin ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar zamanı Zəngəzur dəhlizi məsələsi müzakirə olunub". Bizim.Media TASS-a xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. “Putin onların hər biri ilə ayrı-ayrılıqda danışıb və fikir mübadiləsi aparıb. Təbii ki, Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, - deyə Peskov çərşənbə axşamı jurnalistlərə bildirib. Bizim.Media