Digər

Braziliya Prezidenti COP29-da İŞTİRAK EDƏCƏK

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.  Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib.  O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.  “Əlbəttə, COP29 bizim üçün son dərəcə vacibdir, çünki bu tədbirdə yeni Kollektiv Kəmiyyət Hədəfləri - NCQG vasitəsilə maliyyələşdirmə mövzusuna toxunulacaq.   

Bu, Braziliyada keçiriləcək COP30-un əsas mövzusu olacaq", - katib qeyd edib.  Bizim.Media