Digər

Bakıda bəzi ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı qadağan edib.  Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Qurum bəyan edib ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir.  

Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində ("Amburan Mall") 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.  Bizim.Media