Digər

32 ildən sonra Laçın şəhərində toy sədası eşidilib (VİDEO)

32 ildən sonra Laçın şəhərində ilk dəfə toy sədaları eşidilib. Burada sonuncu toy 1992-ci ildə, işğaldan bir neçə gün əvvəl baş tutmuşdu. Bəy Niyazi Məmmədov təəssüratlarını Baku TV ilə bölüşüb: "Ağlıma belə gəlməzdi ki, bir gün öz doğma torpağımızda mənə toy qismət olacaq, şəhərimizin ilk toyu mənə qismət olar". Bəyin atası Zöhrab Məmmədov isə deyib: "Gözəl Laçınımızdayıq. Bu gün mənim böyük oğlumun toyudur. Allahın bu gününə şükür! Laçına gəlib toy edəcəyimiz ağlımıza gəlmirdi. Yuxularda gördüyümüz bir şey idi". Ətraflı süjetdə: