İran Hind okeanında Rusiya və Omanla birgə “IMEX 2024” hərbi dəniz təlimləri keçirir. Bizim.Media xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb. Qeyd olunur ki, dəniz təlimləri regionda təhlükəsizliyin möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilir. Təlimdə müşahidəçi qismində Banqladeş, Hindistan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Tailanddan olan nümayəndələr iştirak edirlər. Bizim.Media