Dünya

Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək, lakin... - XİN

Qazaxıstan Rusiya Federasiyasının sanksiyalardan yan keçmək üçün öz ərazisindən istifadə etməsini istəmir. Bunun üçün "bütün lazımi tədbirlər” görülür. Qaynarinfo xəbər verir ki, bunu Polşanın PAP agentliyinə müsahibəsində respublikanın xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.  "Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb. Eyni zamanda, biz istəmirik ki, ərazimiz sanksiyalardan yan keçmək üçün istifadə edilsin”, - Vasilenko bildirib. Xarici işlər nazirinin müavini qeyd edib ki, onun ölkəsinin mövqeyi bütün maraqlı tərəflər üçün "məlum və başa düşüləndir” və Rusiya və Qərbdə buna anlayışla yanaşılır. Eyni zamanda, Astana sanksiyalardan yayınmamaq üçün bütün "lazımi tədbirləri” görür, çünki Qazaxıstan "ikinci dərəcəli sanksiyaların tətbiqini istəmir”. Nizami Bağırov