Dünya
Hindistan Türkiyənin BRICS-ə girişini əngəlləyib - İDDİA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS alyansına qoşulmaq istəyini açıqlayıbvə alyansın 16-cı sammiti öncəsi üzv olmaq üçün müraciət edib. Amma hələlik bu baş tutmayacaq.
Qaynarinfo xəbər verir ki ki, bu barədə keçmiş diplomat və Karnegi Beynəlxalq Sülh Fondunun Türkiyə xarici siyasəti üzrə eksperti Sinan Ülgen "Bild"ə açıqlama verib.
O izah edib ki, Hindistan Türkiyənin BRICS-ə qoşulmasına mane olur. Səbəb Ankaranın Hindistana düşmən olan Pakistanla münasibətlərinin yaxşı olmasıdır.
Sinan Ülgenin sözlərinə görə, Ərdoğan Türkiyənin strateji muxtariyyətini gücləndirmək üçün BRICS-lə yaxınlaşmaq istəyir. Bundan əlavə, bu, onun Avropa İttifaqına olan məyusluğunu ifadə etmək üsuludur. Digər motiv siyasi prestijdir: Ərdoğan eyni vaxtda NATO və BRICS masalarında otura biləcəyini göstərmək istəyir.
Bu yaxınlarda İran, Misir, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BRICS-ə qoşuldu. Türkiyə ilə yanaşı, Azərbaycan və Malayziya üzvlük üçün müraciət edib.
Aydın