Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum edən ikinci terrorçunun da adı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Mənbə qeyd edir ki, bu, Mine Sevjin Alçiçekdir. Xatırladaq ki, bundan öncə 1-ci terrorçunun da adı ictimaiyyətə açıqlanmışdı. O, şəxs “Rojger” kodu ilə tanınan Ali Örekindir. Hücum zamanı öldürülən hər iki terrorçu PKK üzvü olub. Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın zavodunda törədilən terror nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Məlum olub ki, terrorçu Alçiçek 2015-ci ildə HDP-nin idarə heyətinə təyin edilib. Terrorçunun partiyanın Hakkari Mərkəz İlçe sədri olduğu müəyyən edilib. Bizim.Media