Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach / BRICS+” formatının ilk plenar iclasında iştirak edib. Bizim.Media TASS-a istinadən xəbər verir ki, Ərdoğan iclasda çıxışının sonunda auditoriyaya müraciət edərək rus dilində təşəkkür edib. Belə ki, o, çıxışını “Spasibo” (Sağ olun) deyərək tamamlayıb. Bununla da Türkiyə lideri sammitdə iştirakını başa vurub və Putinlə sağollaşaraq Kazan aeroportuna yollanıb. Xatırladaq ki, Türkiyə mətbuatı Ərdoğanın Kazan səfərini vaxtından əvvəl tamamlayacağını yazmışdı. Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib. Bizim.Media