Xarici müşahidəçilər Gürcüstanda seçkilər zamanı qanun pozuntularının olduğunu açıqlayıblar. Bizim.Media xəbər verir ki, həmçinin yerli təşkilatlar seçki məntəqələrinin gec açıldığını, avadanlıqların nasaz olduğunu və hər seçiciyə iki seçki bülleteni verildiyini bildiriblər. Aşkar edilmiş qanun pozuntuları arasında seçicilərə kabinələrdə köməklik göstərilməsi və 3 rüşvət faktı var. Qeyd edək ki, həmçinin seçki zamanı bəzi məntəqələrdə seçicilər arasında dava düşüb. Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Bizim.Media