Dünya

Mişel Obama Harrisə görə seçiciləei qınadı

ABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı Mişel Obama amerikalı seçiciləri Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrisə Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan daha yüksək tələblər qoyduğuna görə qınayıb.  Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, seçicilərin namizədlərə çətin suallar vermək hüququ var, lakin xanım Harris üçün yüksək standartlar müəyyən edilib. "Kimsə mənə bir daha deyə bilərmi ki, bizim Kamalaya niyə daha yüksək tələblər qoyulur? Gəlin səriştəsizliyi və korrupsiyanı, onun (Donald Trampın) hakimiyyətinin bütün dörd ilinin təməl daşı olan xaosu unutmayaq”, deyə Mişel Obama Miçiqanda Demokratların seçkiqabağı mitinqində bildirib. Barak Obama və Mişel Obama iyulda Kamala Harrisin namizədliyini dəstəkləyiblər. Kütləvi informasiya vasitələri Barak Obamanın Co Baydeni prezidentlik yarışından çəkilməyə və xanım Harrisin namizədliyini irəli sürməyə inandırdığını yazıb. Aydın