İsrailin İrana hücumlarından sonra ölkənin parlament sədri Məhəmməd Baqir Qalibaf hava zərbələrinə reaksiya verərək bildirib ki, İran özünümüdafiə hüququnu özündə saxlayır və İsrailə cavab birmənalı olacaq. Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri İRNA agentliyi yayıb. Qalibaf ABŞ-a xəbərdarlıq edib ki, “Qəzza zolağında və Livanda eskalasiyanın yayılmasının qarşısını alsın, İsraili cilovlasın və onu atəşkəsə məcbur etsin”. Onun sözlərinə görə, “Doğru Vəd-2” (SEPAH-ın oktyabrın 1-də İsrailə hücumları) əməliyyatı İranın çəkindirici gücünün bariz nümunəsidir. Bizim.Media