Dünya

ABŞ milyarderləri seçkidə kimi dəstəkləyir?

ABŞ-ın ən varlı adamları öz vəsaitlərini Respublikaçı namizəd Donald Trampın seçki kampaniyasına bağışlamağa üstünlük verirlər.  Qaynarinfo xəbər verir ki, bunu "Financial Times" qəzetinin apardığı Tramp və onun seçkidəki rəqibi Kamala Harrisin seçki kampaniyalarının maliyyə hesabatlarının təhlili sübut edir. "Tramp xüsusilə Amerika elitasına güvənir: onun kampaniyasında topladığı vəsaitin təxminən 1/3-i milyarderlərin payına düşür", deyə nəşr yazır. FT qeyd edir ki, az sayda böyük donorlar 2024-cü il prezident seçkilərində vəsaitin toplanmasına böyük təsir göstərir. Qəzet yazır ki, "Forbes"in 800-ə yaxın amerikalı milyarderdən ibarət siyahısında ən azı 144 nəfər 2024-cü il seçkilərinin nəticələrinə təsir etmək üçün sərvətlərindən istifadə edir. Aydın