Digər

Azərbaycanlı məşqçi Albaniya klubundan AYRILDI

Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya klubu “Biliş”dən birdəfəlik və rəsmən ayrılıb.  Bizim.Media xəbər verir ki, bir müddət əvvəl Albaniyadan ayrılaraq Bakıya qayıdan mütəxəssis müqaviləsinə də xitam verib.  

Ona söz verilsə də, sonda həmin maaşı ödəməkdən boyun qaçırıblar. Ona görə də, Quliyev sonda "Biliş"lə mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib. Millimizin veteran üzvünün karyerasını harada davam etdirəcəyi hələ ki, dəqiq deyil. Bizim.Media