Qazaxıstanda 39 yaşlı kişiyə beyin ölümü diaqnozu qoyulandan sonra daxili orqanları yaxınları tərəfindən bağışlanılıb və bununla da dörd nəfərin həyatı xilas edilib. Bizim.Media “Kazinform” xəbər agentliyinə istinadən xəbər verir ki, əməliyyat Şərqi Qazaxıstan Regional Xəstəxanasında həyata keçirilib. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, 1977-ci il təvəllüdlü kişiyə ürək, 1962-ci il təvəllüdlü qadına ağciyər, 2015-ci il təvəllüdlü uşağa böyrək, 1966-cı il təvəllüdlü qadına isə digər böyrək köçürülüb. Bizim.Media