Dünya

Lukaşenkonun seçkidəki rəqibi bu xanım olacaq

Siyasətçi və keçmiş deputat Anna Kanopatskaya Belarus prezidentliyinə namizəd olacaq. Onun namizəd kimi irəli sürülməsinə dəstək üçün seçici imzalarının toplanması üzrə vətəndaşların təşəbbüs qrupunun qeydə alınmasına dair sənədlər artıq Belarus Mərkəzi Seçki Komissiyasına təqdim edilib.  Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının "Telegram" kanalında məlumat verilib. Kanopatskaya artıq 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərində iştirak edib. Həmin vaxt o, 1,68% səs toplayıb. Anna Kanopatskaya Belarus siyasətçisidir, VI çağırış Belarus Respublikası Milli Məclisi Nümayəndələr Palatasının deputatı (2016-2019) olub, sahibkar və hüquqşünasdır. 29 oktyabr 1976-cı ildə Minskdə anadan olan xanım siyasətçinin atası Anatoli Truxanoviç Belarusda ilk rəsmi dollar milyonçusudur. Ali təhsillidir, Belarus Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Evli deyil, iki övladı var Bundan bir qədər əvvəl Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 2025-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı. Oktyabrın 23-də "BelTA" xəbər agentliyi Belarusda prezident seçkilərinin gələn il yanvarın 26-na təyin edildiyini bildirib. Tarix ölkə parlamentinin aşağı palatasının iclasında müəyyən edilib Aydın