Digər

İrandan Azərbaycana 16 kiloqramdan çox narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.  Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.   

Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kq 445 qram tiryək; 3 kq 60 qram heroin) aşkar olunaraq götürülüb.  Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.  Bizim.Media