Digər
Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul etdi
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Neftçala şəhərində vətəndaşları qəbul edib.
Qaynarinfo nazirliyə istinadən xəbər verir ki, Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.