Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırırıq. Bizim.Media xəbər verir ki, bu barədə Azərbacyan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial şəbəkədəki hesabında qeyd edib. "Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk",- deyə paylaşımda bildirilib. Qeyd edək ki, BMT-nin İnsan Haqları Komitəsi bu gün son sessiyasında altı iştirakçı dövləti araşdırdıqdan sonra Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyə ilə bağlı nəticələrini açıqlayıb.
Komitə, həmçinin, miqrantların bəzən zor tətbiq etməklə Böyük Britaniya-Fransa sərhədindəki sığınacaqlardan, Fransanın dənizaşırı ərazisi olan Mayottedə sistematik təxliyələrindən, miqrantların üzləşdiyi getdikcə pisləşən həyat şəraitindən narahat olduğunu bildirib. Bizim.Media