Siyasət

Rəsmi Bakıdan Pakistana BAŞSAĞLIĞI – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana baş sağlığı verib. Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir. Qeyd edək ki, bu gün səhər saatlarında Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib. Nəticədə azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Bizim.Media