Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masa keçiriləcək. Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir: - Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası; - Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi; - Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması; - Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi; - Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması. Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq. Bizim.Media