Siyasət

Prezident əcnəbi həmkarları ilə görüşdü (FOTO/YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.    15:23 Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.   13:43 Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. Qaynarinfo xəbər verir ki, iqlim dəyişmələri və ətraf mühit məsələlərinə xüsusi önəm verdiklərini deyən İraq Prezidenti iqlim dəyişmələri mövzusunda əldə olunmuş razılaşmanın icrasının vacibliyinə toxundu. Qonaq müharibələrin və hərbi münaqişələrin ətraf mühitə ən böyük təhlükə yaratdığını dedi. Əbdüllətif Camal Rəşid ölkəsinin COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı. İraq Prezidenti ikitərəfli əlaqələrimizin uğurla inkişaf etməsindən məmnunluğunu bildirdi. Azərbaycanın nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini dedi, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir. Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd etdi. 13.17   Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 13.12 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Qaynarinfo xəbər verir ki, ölkələrimiz arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu dedi. Qonaq qeyd etdi ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib. Denis Beçiroviç Azərbaycana parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib. O, spiker olduğu dövrdə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırladı, bunun ölkələrimiz arasında dostluğun nümayişi olduğunu dedi. Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkənləndirmək istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investiyasını cəlb etmək marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhlkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirdi. Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə etdi. Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir. Bosniya və Herseqovinaya səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğuladı. Dövlətimizin başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırladı. Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. 12.45   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. Qaynarinfo xəbər verir ki, dövlət başçısı həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüş keçirib.   11.47 Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı. Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə etdi. Monqolustan Prezidenti dedi ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir. Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı. Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırladı. Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət etdi. Monqolustan Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğuladı. O, ölklələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu. Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verildi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı. Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektviləri müzakirə olundu.   11:09 Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.