Siyasət

Ceyhun Bayramov: "İlin sonuna kimi sülh sazişinin imzalanması Ermənistandan asılıdır"

İlin sonuna kimi sülh sazişinin imzalanması Ermənistandan asılıdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib. O bildirib ki, Ermənistanla sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb: "Hələ razılaşdırılmalı olan məqamlar var. Prosesin təşəbbüskarı Azərbaycandır".