Dünya
Rusiya milyarderləri narahatdır - Müharibə dayansa da, sanksiyalar aradan qaldırılmayacaq
Rusiya milyarderləri yaxın illərdə ölkə iqtisadiyyatının sürətlə inkişaf edəcəyi barədə hökumətin proqnozlarına şübhə ilə yanaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” nəşri adının çəkilməsini istəməyən bir neçə rusiyalı milyarderə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, milyarderlər Ukrayna müharibəsindən dolayı Rusiyaya tətbiq edilən sanksiyaların iqtisadiayyatın inkişafını əngəlləyir.
Milyarderlər sanksiyaların Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyinə inanmırlar. Digər tərəfdən, onların fikrincə, müharibə dayansa belə, sanksiyaların aradan qaldırılacağı inandırıcı görünmür.
"Bloomberg”in həmsöhbəti deyib ki, Ukrayna ilə müharibə başlayandan bəri ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişiklik baş verib və bu, Kremli hədəfələrini əlçatmaz edib.
Milyarderlər bildirib ki, xarici şirkətlərin ölkəni tərk etməsi, istehsal gücünün əhəmiyyətli dərəcədə zəiflədib. Bundan başqa, hərbi əməliyyatlara daha çox əsgər cəlb edilməsinə zərurətin yaranması işçi qüvvəsinin azalmasını şərtləndirib. Müharibədən dolayı hərbi-sənaye kompleksinin ehtiyaclarını artırıb. Bu isə hərbi iqtisadiyyatın önə çıxmasına səbəb olub. Başqa bir problem isə idxalın əvəzlənməsi prosesinin ləng getməsi ilə bağlıdır.
Beləliklə, rusiyalı milyarderlərin qənaətinə görə, hökumətin iqtisadiyyatın inkişafı barədə proqnozlarını kifayət qədər optimist yanaşma adlandırıb.
"Bloomberg” qeyd edib ki, söhbətləşdiyi milyarderlər bir neçə yüz min işçisi olan və Rusiya iqtisadiyyatına təsir edə bilən şirkətlərin sahibləridir.
Seyid