Siyasət
Mixail Mişustin Azərbaycana gəldi
                                    Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib. 
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və rəsmi şəxslər qarşılayıblar. 
                                    
                                                                        
                                    
                                    
                                    
                                
                             
                    