Ölkənin başında (Baş nazir Nikol Paşinyanın nəzərdə tutur) ciddi təhlükələrə məhəl qoymayan və dünyada baş verən hadisələri görməyən bacarıqsız bir bloger var. Bizim.Media xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan "Sputnik Ermənistan" nəşrinə açıqlamasında deyib. Onun sözlərinə görə, Paşinyan “sülh” mövzusunu təbliğ edərək bütün siyasi rəqiblərini revanşist kimi qələmə verməyə çalışır. Zurabyanın fikrincə, müxalifət qüvvələri bu məsələdə yalnız onun mövqeyini gücləndirir. Bizim.Media