Dünya

Kobaxidze: “Kavelaşvilinin prezident seçilməsi Gürcüstanın dövlətçiliyini gücləndirəcək”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə keçirilən prezident seçkilərindən sonra jurnalistlərə ilk açıqlamasını verib. Bizim.Media xəbər verir ki, o, hazırki prezident Salome Zurabişvilinin dərhal prezident sarayını tərk etməli olduğunu xatırladıb. “Gürcüstanda “Maydan” iflasa uğradı. Kavelaşvilinin prezident seçilməsi Gürcüstanın dövlətçiliyini gücləndirəcək”, - baş nazir bildirib. Kobaxidze Gürcüstanın yenidən Avropa İttifaqına üzvlüyü üçün hər şeyi edəcəyinə vəd verib. Qeyd edək ki, Hakim "Gürcü Arzusu" partiyasının namizədi Mixeil Kavelaşvili bu gün keçirilən seçkilərdə Gürcüstanın altıncı prezidenti seçilib. Seçkilərdə yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edib. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib. Bizim.Media