“Juninyonun transferinə görə "Sevilya" ilə danışıqlar gedir”. Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Sevilya” klubundan Olavio Juninyoya gələn təklif barədə danışarkən deyib. Mütəxəssis braziliyalı hücumçunun La Liqa təmsilçisinə keçmək istəyini gizlətmədiyini bildirib: “Juninyo hər şey qaydasında olacağı halda, “Sevilya”ya gedə biləcəyini söylədi. Əsas oyunçuların komandadan getməsi işimə mane olur. “Qarabağ” transfer zamanı futbolçulara az məbləğ ödəmir. Artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Klubumuza kənardan diqqət daha da çoxalacaq və liqamıza maraq artacaq. Azərbaycan futbolunun transfer bazarında iştirak etməsi həm bizim, həm də ölkə futbolunun inkişafı üçün müsbət məqamdır”. Qeyd edək ki, “Qarabağ” “Sevilya”nın ilk təklifini qəbul etməyib. Bizim.Media