Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpini dostu adlandırıb. Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, o bu barədə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Sinxua agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Putin Si Cinpinə salamlarını çatdırıb və onu dostu adlandırıb: "Çin Xalq Respublikasının lideri, dost hesab etdiyim insan, Prezident Si Cinpinə ən xoş salamlarımı çatdırıram". Bizim.Media