Siyasət

Türkmənistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.  Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:  “Hörmətli İlham Heydər oğlu.  Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.  Azərbaycan bu gün Sizin rəhbərliyinizlə dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.   

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.  Bizim.Media