İsrailin baş naziri Benyamin Netanyahu Polşada Osvensim düşərgəsinin azad edilməsinin 80 illiyi tədbirində iştirak etsə, həbs olunacaq. Bizim.Media xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti yazıb. Mənbə qeyd edir ki, Polşa hökuməti bunu təsdiqləyib. Bu səbəbdən ənənəvi tədbirdə İsraili yalnız təhsil naziri Yoav Kiş təmsil edəcək. Xatırladaq ki, Osvensim İkinci dünya müharibəsi illərində yəhudilərin sürgün edilib işgəncələrə məruz qaldığı ən böyük düşərgələrdən biridir. Yeri gəlmişkən, beynəlxalq cinayət məhkəməsi daha öncə İsrail baş nazirinin həbsi barədə qərar verib. Bizim.Media