Moskvanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi teleaparıcı Tatyana Lazarevanı terrorizmi təbliğ etməkdə ittiham edərək qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Məhkəmə qərarı ilə T.Lazarevaya da dörd il müddətinə internet resurslarının idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilib. Qeyd olunur ki, tərəflər arasında mübahisə zamanı prokuror təqsirləndirilən şəxsə məhz belə bir cəza istəyib. Lazarevanın vəkili Leonid Solovyov hökmdən apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib. Xatırladaq ki, T.Lazareva qiyabi həbs edilib və beynəlxalq axtarışdadır. Ona tətbiq edilən maddənin sanksiyasında 1 milyon rubla qədər (təxminən 17 min manat) cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. O, günahını etiraf etməyib. Müdafiə tərəfi ona bəraət verilməsini istəyib. TASS onu da bildirir ki, 2023-cü il avqustun 14-də T.Lazareva Rusiya Federasiyasından kənarda olarkən internetdəki video hostinq saytlarından birinin kanalına müsahibə verərkən “şəhərlərdə terror aktlarının həyata keçirilməsinin yolverilməz olduğunu açıq şəkildə bəyan edib. Bizim.Media