Dünya

Mərakeşdə son 50 ilin ilk qarı – FOTO/VİDEO

Mərakeşdə son 50 ildə ilk dəfə qar yağıb. Bizim.Media xəbər verir ki, bu barədə Maghreb Arabic Press nəşri məlumat yayıb. Mərakeşin Milli Meteorologiya Mərkəzi səhra ərazisi üçün qeyri-adi hava şəraitini Şimali Avropadan əhəmiyyətli dərəcədə soyuq hava axını ilə əlaqələndirib. Qar yağışı ölkənin cənub və cənub-şərqində yerləşən bir neçə əyaləti Azilal, Beni Mellal, İfrane, Midelt, Taroudant, Tinghir, Ouarzazat və Əl-Hauzu əhatə edib. Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 35-40 santimetrə çatıb. Dağlıq ərazilərdə bəzi yerlərdə havanın temperaturu -5 dərəcəyədək enib. Telekanalın məlumatına görə, bir çox yerli mərakeşli snoubord və xizək sürmək üçün Mərakeşdən avtomobillə bir saatlıq məsafədə yerləşən Oukaimdene dağ kurortuna gədiblər. Bizim.Media