Digər

AZAL-ın təyyarəsinin qalıqları qəza yerindən GÖTÜRÜLDÜ – VİDEO

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qalıqları hadisə yerindən götürülüb. Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Telegram”ın Qazaxıstan seqmentində yayılıb. Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. Bizim.Media