“Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib”. Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində açıq və qapalı yerlər ayrılıb: "Bunun üçün 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri müəyyənləşib". Bizim.Media