Gəncədə evdən 90 yaşlı qadının meyiti tapılıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhəri Yeni Kəlbəcər qəsəbəsi, ev 14, mənzil 23-də 1935-ci il təvəllüdlü Kəlbəcər rayon sakini, Əntiqə Humay qızı Quliyevanın üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyiti tapılıb. Faktla bağlı prokurorluqda araşdırma aparılır. Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu