Digər

“Kəpəz” gürcüstanlı futbolçunu TRANSFER ETDİ

“Kəpəz” qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.  Bizim.Media xəbər verir ki, bu, gürcüstanlı Rati Ardazişvilidir.  26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Onunla "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb.  

O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb. Bizim.Media