“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”. Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç X sosial platformasında yazıb.
Aleksandar Vuçiç Azərbaycana və Azərbaycan Prezidentinə sonsuz təşəkkürlərini bildirib.
Bizim.Media