Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları və A.M.Şərifzadə küçəsi ilə əlaqələndirən 165 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir",-deyə məlumatda qeyd edilib. Bizim.Media