İqor adlı Ukrayna vətəndaşı iki həyat yoldaşını müharibədə itirib. Bizim.Media xəbər verir ki, o bu barədə “Svoi” nəşrinə açıqlamasında məlumat verib. Belə ki, əvvəllər Xersonda yaşayan İqorun evi 2022-ci ildə hücuma məruz qalıb. Bu zaman onun həyat yoldaşı həlak olub. Daha sonra İqor Krivoy Roq şəhərinə köçüb və burada ikinci dəfə ailə həyatı qurub.
Qeyd edək ki, yanvarın 17-də günorta saatlarında Rusiya ordusu Krivoy Roq şəhərinə ballistik raket zərbəsi endirib. Zərbə nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Bizim.Media