"Turan Tovuz" heyətinə yeni oyunçu cəlb edib. Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi Kauan Martins De Paula ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinən 24 yaşlı futbolçu vətənində "Pirasikaba", "Mariliya" və "Qremio" Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub. Qeyd edək ki, "Turan Tovuz" bu qış Anton Kraçkovski, Rəhim Sadıxov və Orxan Əliyevi də heyətinə cəlb edib. Bizim.Media